Assosiasiya: "Yeni toxum sortları sınaqdan keçirilir"

   Assosiasiya:    "Yeni toxum sortları sınaqdan keçirilir"
  14 Sentyabr 2023    Oxunub:1198
"Azərbaycanda yeni toxum sortları elmi-tədqiqat institutları, xarici mütəxəssislərlə birlikdə sınaqdan keçirilir".
Bunu Azərbaycan Taxılçılar Assosiasiyasının İdarə Heyətinin sədri Niyazi Əmirbəyov Hacıqabulda keçirilən Aqrar İnnovasiya Festivalında jurnalistlərə açıqlamasında deyib.

N.Əmirbəyov deyib ki, ildən-ilə quraqlığa daha davamlı sortlar yetişdirilir:Keyfiyyətli toxum istifadə etmək məhsuldarlığın birinci mərhələsidir. Sonradan düzgün aqro-texniki qulluğun təşkil olunması nəticəyə ciddi təsir edir".

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru inkişaf etdikcə problemlər də artır: "Dünyada iqlim dəyişikliyi ilə əlaqədar olaraq su ehtiyatları azalır, bu, Azərbaycana da təsirsiz ötüşmür. Bu halda iqlimi şəraitə davamlı sortların seçilməsi çox önəmlidir. Bu məsələ ilə bağlı ciddi araşdırma aparırıq".

AzVision.az



Teqlər: Toxum  





Xəbər lenti