Sabah 26 dərəcə isti olacaq

  14 Aprel 2013    Oxunub : 641
Sabah 26 dərəcə isti olacaq
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 6-9° isti, gündüz 16-21° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 20-25°, bəzi yerlərdə 27°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Temperaturun gecə 2-7° isti, gündüz 9-14°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaqdır. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacağı gözlənilir. Temperaturun gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Teqlər: