Tehranın İsrailin Daxili Təhlükəsizlik nazirinə sui-qəsd planı iflasa uğrayıb

Tehranın İsrailin Daxili Təhlükəsizlik nazirinə sui-qəsd planı iflasa uğrayıb
  28 Sentyabr 2023    Oxunub:1411
İran kəşfiyyatının rəhbərliyi altında İordan çayının qərb sahilindən kənarda İsrailin Daxili Təhlükəsizlik naziri İtamar Ben Guerə qarşı sui-qəsd əməliyyatı və israillilərə hücumun qarşısı alınıb.
AzVision.az xəbər verir ki, İsrailin Daxili Təhlükəsizlik nazirliyinin (“Şin Bet”) məlumatına istinadən xəbər verir ki, qurumun zabitləri polis və Müdafiə nazirliyinin qüvvələri ilə əməkdaşlıq çərçivəsində İsrailin təhlükəsizliyini pozmaq məqsədilə “İran rejiminin xidmətində olan” üç fələstinli və ərəb əsilli iki İsrail vətəndaşını həbs ediblər.

İki fələstinli şübhəli İordaniya vətəndaşının vasitəçiliyi ilə İran təhlükəsizlik qüvvələri tərəfindən İsrailə qaçaqmalçılıqla silah və Daxili Təhlükəsizlik naziri Ben Guer, habelə Knessetin sabiq deputatı Yehuda Glick haqqında məlumat toplamaq üçün təlim keçməkdə ittiham edilib.

“Şin Bet”, həmçinin bildirib ki, ölkənin şimalında yaşayan 18 və 23 yaşlı iki həbs olunmuş israilli İran təhlükəsizlik aparatının göstərişi ilə İsrail vətəndaşlarının avtomobillərini yandırmalı idi. Onların Hayfa şəhərində sınaq məqsədilə avtomobil yandırdıqları vurğulanıb.
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti