"Cəbrayıl"a texniki məğlubiyyət verildi
!["Cəbrayıl"a texniki məğlubiyyət verildi
"Cəbrayıl"a texniki məğlubiyyət verildi](https://azvision.az/photos/2023/09/188960_fs5mmybj3m-1695989252.jpg)
Adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin "Şahdağ Qusar"a qarşı 4-cü tur oyununda meydana çıxmasına görə "Cəbrayıl"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, "Cəbrayıl" klubu 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.
AzVision.az
Teqlər: