Messi azərbaycanlı iş adamı ilə paylaşım etdi - Foto+ Video

 Messi azərbaycanlı iş adamı ilə paylaşım etdi -    Foto+ Video
  01 Oktyabr 2023    Oxunub:1756
Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.
O, bu barədə özünün “Instagram” hesabında paylaşım edib.

Futbolçu iş adamını evində qonaq edib. Fotodan da görüntüyü kimi, görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər. Onlar ailələri ilə birlikdə "İnter Mayami" - "Hyuston Dinamo" matçını birlikdə izləyiblər.

Xatırladaq ki, həmyerlimiz Messinin ad günündə iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.





AzVision.az


Teqlər:





Xəbər lenti