"Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi
!["Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi "Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi](https://azvision.az/photos/2023/10/171169_k8r3ryviez-1696178541.jpg)
"Kəpəz" öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda lider "Zirə" "Araz-Naxçıvan"ın qonağı olub. "Dalğa Arena"da keçirilən görüş Naxçıvan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Araz-Naxçıvan" xallarını 13-ə çatdıraraq 2 pillə irəliləyib və 4-cü yerdə qəralaşıb. Mövsümdə 2-ci məğlubiyyətini alan "Zirə" isə 16 xalla liderliyini davam etdirir.
1 oktyabr (bazar)
18:30. "Araz-Naxçıvan” – “Zirə” - 1:0
Qol: Nuno Rodriges, 78
Qırmızı vərəqə : İqor Ribeyro, 90+4 (2-ci sarı vərəqə, "Araz-Naxçıvan")
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
“Dalğa Arena”
AzVision.az
Teqlər: