AFFA-dan cəza və cərimələr
![AFFA-dan cəza və cərimələr AFFA-dan cəza və cərimələr](https://azvision.az/photos/2023/10/189109_tw7pl31077-1696321777.jpg)
Misli Premyer Liqasının 8-ci turunun “Səbail” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində qonaq komandanın futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Misli Premyer Liqasının 8-ci turunun “Kəpəz” – “Qəbələ” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Kəpəz” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.
“Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Zirə” oyununun 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.
AzVision.az
Teqlər: