Qarabağ qazisindən Respublika Klinik Xəstəxanasının rəhbərliyinə təşəkkür

Qarabağ qazisindən Respublika Klinik Xəstəxanasının rəhbərliyinə təşəkkür
  05 Oktyabr 2023    Oxunub:2795
Qarabağ müharibəsi qazisi, Gədəbəy rayonu, Söyüdlü kənd sakini, 1996-cı il təvəllüdlü Rzayev Emin Fəxrəddin oğlu TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib.
Belə ki, Emin Rzayev xəstəxananın II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən müayinə edilib, xəstəyə pilonidal sist diaqnozu qoyulub.
Xəstənin sistin kəsiklə çıxarılması cərrahi əməliyyatı həkim cərrah Sahib Hüseynov və Toğrul Məhərrəmov tərəfindən icra olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynova və həkim ümumi cərrah Toğrul Məhərrəmova öz minnətdarlığını bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Rzayev Emin Fəxrəddin oğlu 1996-cı ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. Azərbaycanın Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Rzayev “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti