Sinaqoqa hücum: Ermənilər yəhudilərə “müharibə” elan edir – VİDEO

      Sinaqoqa hücum:    Ermənilər yəhudilərə “müharibə” elan edir –    VİDEO
  05 Oktyabr 2023    Oxunub:3654
İsrailin Azərbaycana silah satmasına etiraz edən ermənilər İrəvandakı “Mordechai Navi” adlı yeganə sinaqoqa hücum ediblər. Erməni vandallar onu rəngləyib və şüşələrini sındırıblar. Səhər dua etməyə gələn yəhudilər vandalizmin izlərini görərək, polisə məlumat veriblər.

Hücumun “ASALA_Young” teleqram kanalında paylaşılan videosunu erməni və ingilis dillərində belə bir “bəyanat” müşayiət edirdi: “Biz, erməni xalqının azadlığı uğrunda gənc mübarizlər 2023-cü il oktyabrın 3-də İrəvandakı Ümumdünya Yəhudi Mərkəzinin (Nar-Dos küç. 23) qarşısındakı qorxutma aksiyası barədə qürurla məlumat veririk. Erməni xalqının düşməni olan yəhudilər Artsaxa qarşı cinayətlərə ortaq oldular. İsrail Əliyev rejimini silahla təchiz edir, Amerika və Avropa yəhudiləri onu dəstəkləyrilərlər”.

Lakin bəyanat yalnız bu ifadə ilə yekunlaşmayıb. Daha sonra deyilir ki, bu, xəbərdarlıqdır: “Əgər İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etsə, biz Avropada, Amerikada, Kanadada, Gürcüstanda yəhudilərə qarşı müharibəyə başlayacağıq. Bu ölkələrə gələn heç bir israilli yəhudi özünü təhlükəsiz hiss etməyəcək. Biz 1973-cü ildə “erməni xalqının türk xalqına qarşı müharibəsi”ni elan edən Qurgen Yanukyanın yolu ilə gedəcəyik. Biz Türkiyə-Azərbaycan-İsrail düşmən alyansının cinayətlərinə son qoyacağıq”.

Erməni antisemitizminin xronikası

Avqustun 27-dən sentyabrın 13-nə qədər bütün dünyada 200-ə yaxın ravvin erməni təbliğatında Holokost mövzusundan istifadə olunmasının əleyhinə çıxdılar. Cavabında sentyabrın ilk həftəsində erməni diasporu bu çıxışlarda iştirak etmiş ravvinlərə qarşı Avropada kampaniyaya başladı.

Sentyabrın 9-da İrəvandakı “Mordechai Navi” sinaqoquna soxulan naməlum erməni millətçisi yəhudilərə lənətlər və təhdidlər yağdırdı. Sinaqoqun ravvini Burşteynin səyləri nəticəsində insident ört-basdır edildi.
Sentyabrın 11-də İrəvanda baş verən hadisədən xəbər tutan Bakı ravvini Zamir İsayev Ermənistandakı yəhudilərə video-müraciət ünvünladı: “Ermənistanda yaşayan və böyük təzyiqlə üzləşən bir neçə yəhudi mənimlə əlaqə saxlayıblar. Erməni təbliğatında Holokost terminologiyasının istifadə olunmasına qarşı çıxan Avropadakı, Amerikadakı, İsraildəki ravvinlərin təşəbbüsü ilə bağlı onları təhdid edirlər”. İsayev yəhudiləri Azərbaycana köçməyə çağıraraq, onların burada vətəndaşlıq almasına və təhlükəsizliklərinə təminat verib.

Sentyabrın 17-də İsrailin Diaspor İşləri üzrə Nazirliyi Ermənistanın sosial şəbəkələrində yəhudilərə qarşı zorakılığı nəzərdə tutan antisemit ritorikasının əhəmiyyətli dərəcədə artdığını bildirdi. Nazirlik yaxın vaxtlarda bu çağırışların həyata keçirilməsi ilə bağlı təhlükənin olduğundan narahatlıq keçirirdi.

Sentyabrın 18-də Ermənistan prezidentinin Milli Təhlükəsizlik üzrə baş müşavirinin sabiq köməkçisi Poqosyan Rusiya rəhbərliyinin “dünya yəhudiliyi, Azərbaycan, İsrail və Türkiyə ilə inteqrasiya olunmuş” yəhudi oliqarxların təsiri nəticəsində Ermənistandan üz döndərdiyini iddia etdi.

Sentyabrın 20-də isə İsrailin dövlət radiosu Emənistanda antisemit əhval-ruhiyyəsinin artdığını xəbər verdi.
Sentyabrın 25-də İsrailin Diaspora İşləri üzrə Nazirliyi yenidən bu problemə qayıdaraq, ciddi xəbərdarlıq etdi. “Ermənistanda sosial şəbəkələrdə İsrailə və yəhudilərə qarşı ittihamların irəli sürülməsi davam edir”, - məlumatda deyilirdi.

Sentyabrın 28-də “Israel Hayom” nəşrində bu yaxınlarda ehtiyata çıxmış Mossad Kəşfiyyat departamentinin sabiq rəisinin audio-müsahibəsi yerləşdirildi.
Digər məqamlarla yanaşı, o bəyan edib ki, xarici kəşfiyyatın əsas vəzifələrindən biri bütün dünyada israillilərə münasibətdə terror aktlarının və başqa zorakılıq hərəkətlərinin qarşısını almaqdır.

Sentyabrın 30-da Ermənistanın İsraildəki səfiri Akopyan bildirdi ki, İsrail istehsal etdiyi silahla dinc ermənilərin öldürülməsində günahkardır.

Oktyabrın 2-də İsrailin “Begin-Sadat Center” beyin mərkəzi Azərbaycanın Qarabağın bütün ərazisi üzərində suverenliyini bərpa etməsinin Ermənistanda antisemitizm dalğasına təkan verdiyini açıqladı.

Göründüyü kimi, ermənilər bir növ yəhudilərə qarşı “müharibə” elan ediblər. Əgər aqressiya dalğası azalmazsa, yəqin ki, yaxın vaxtlarda məsələyə daha ciddi səviyyədə münasibət bildirilməsinə ehtiyac yaranacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Antisemitizm  





Xəbər lenti