Tayvanda qasırğa: Yüzlərlə insan xəsarət alıb

   Tayvanda qasırğa:    Yüzlərlə insan xəsarət alıb
  05 Oktyabr 2023    Oxunub:1126
Tayvanın cənubunda “Koinu” qasırğası nəticəsində xəsarət alanların ümumi sayı 356 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində bir nəfər ölüb. Hazırda "Koinu" Honq-Konqa və Çinin cənubundakı Quanqdonq əyalətinin sahillərinə doğru irəliləyir.

"Koinu" tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib və daha sonra tayfuna çevrilib. Oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi fırtına xəbərdarlığı edib, adanın bir neçə bölgəsində məktəblər və ofislər fəaliyyətini dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti