Simona Baylz tarixin ən titullu gimnastı oldu

Simona Baylz tarixin ən titullu gimnastı oldu
  07 Oktyabr 2023    Oxunub:1565
Amerikalı gimnast Simona Baylz altıncı dəfə fərdi çoxnövçülükdə dünya çempionu olub və belaruslu Vitaliy Şerbonu dünya çempionatlarında və Olimpiadalarda medalların sayına görə qabaqlayıb: 34-33.
Baylz 58,399 bal toplayıb.

İkinci yeri braziliyalı Rebeka Andrade (56,766), üçüncü yeri isə ABŞ təmsilçisi Şiliz Cons (56,332) tutub.

İyirmi altı yaşlı Simona Baylz 2023-cü ildə iki illik fasilədən sonra idmana qayıdıb. Onun dünya çempionatlarında 21-i qızıl olmaqla 27 medalı var. Simona Baylz dördqat Olimpiya çempionu, həmçinin gümüş və iki dəfə bürünc mükafatçıdır.

AzVision.az


Teqlər: Gimnast  





Xəbər lenti