İranda ev kirayəsi qiymətlərində kəskin artım qeydə alınıb

İranda ev kirayəsi qiymətlərində kəskin artım qeydə alınıb
  07 Oktyabr 2023    Oxunub:1004
Ciddi sosial-iqtisadi problemlərlə üzləşmiş İranda ötən il İranda mənzil kirayələrinin məzənnəsi orta hesabla 60% artıb.
AzVision.az İran Statistika mərkəzinin ev təsərrüfatlarının büdcələri ilə bağlı hesabatına istinadən xəbər verir ki, ölkənin 12 vilayətində 2022-ci ildə kirayə haqqı 70%-dən çox artım nümayiş etdirib.

Keçən il İran ərazisinin 64,5%-ni əhatə edən 20 əyalətdə kirayə haqqının orta artımdan daha yüksək artım müşahidə olunub.

Mənzil kirayəsinin qiymətində illik artımın ən çox olduğu əyalətlərin başında 90%-dən çox artımla Zəncan, sonrakı pillələrdə isə Şərqi Azərbaycan və Yəzd əyalətləri qərarlaşıb.

Ən aşağı artım isə Şimali Xorasan, Buşəhr və Qərbi Azərbaycan vilayətlərində qeydə alınıb.Hesabatda Tehran əyalətində ötən il ərzində mənzil kirayəsi inflyasiyasının 52%-dən çox olduğu bildirilir.

Həmçinin, İran Statistika mərkəzinin məlumatlarına görə, “mənzil, su, kanalizasiya, yanacaq və işıqlandırma xərcləri” 2022-ci ildə təxminən 60% artıb.
AzVision.az


Teqlər: İran   evkirayəsi  





Xəbər lenti