"Düşmən görünməmiş bir bədəl ödəyəcək" - Netanyahu

   "Düşmən görünməmiş bir bədəl ödəyəcək" -    Netanyahu
  07 Oktyabr 2023    Oxunub:1258
"Yəhudi dövləti müharibədədir və bu müharibədə qalib gələcək"
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, düşmən hücuma görə misli görünməmiş bədəl ödəyəcək

"Mən ehtiyatda olan hərbçilərin kütləvi səfərbər edilməsini və düşmənin bu günə qədər görmədiyi gücdə cavab atəşinin açılmasını əmr etmişəm. Düşmən görünməmiş bir bədəl ödəyəcək", - baş nazir ölkə vətəndaşlarına videomüraciətində deyib.

"Bu səhər HƏMAS İsrail dövlətinə və onun vətəndaşlarına ölümcül qəfil hücuma keçdi. Mən təhlükəsizlik qüvvələrinin rəhbərlərini topladım və onlara əvvəlcə terrorçuların soxulduqları əraziləri təmizləməyi tapşırdım. Hazırda bu, həyata keçirilir". Netanyahu əlavə edib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti