Çin öz şirkətlərinin maraqlarını qoruyacaq

   Çin öz şirkətlərinin maraqlarını qoruyacaq
  07 Oktyabr 2023    Oxunub:914
Çin Rusiyaya kömək etdiyi iddiası ilə Amerikanın sanksiya siyahısına düşən şirkətlərinin maraqlarını müdafiə edəcək.
Müvafiq bəyanat Çin Xalq Respublikasının Ticarət Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki, rəsmi Pekin Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

“Çin ABŞ-ın birtərəfli sanksiyalarına qarşıdır və onları tipik iqtisadi zorakılıq və birtərəfli hədə-qorxu aktı hesab edir. Biz Vaşinqtonu yalnış siyasətini dərhal düzəltməyə və Çin şirkətlərinə qarşı əsassız təzyiqlərə son qoymağa çağırırıq”.


AzVision.az


Teqlər:





Xəbər lenti