Rus polisi səs salan azərbaycanlıları güllələdi

Rus polisi səs salan azərbaycanlıları güllələdi
  15 Aprel 2013    Oxunub:1102
Polis polkovniki iki azərbaycanlı qonşusunu güllələyib, onlardan biri hadisə yerindəcə keçinib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin kriminal-ekspertiza mərkəzinin rəis müavini, polis polkovnikinin qonşuları ilə konflikt zamanı travmatik silahdan açdığı atəş nəticəsində mübahisə tərəflərindən biri ölüb, biri isə ağır yaralanıb.

Hadisə şənbə günü gecə saat 23:55 radələrində baş verib.

İlkin məlumata görə, binanın girişində səs-küy və mübahisə səsləri eşidən polis çölə çıxıb və qışqıra-qışqıra əlbayaxa olan azərbaycanlı vətəndaşları görüb.

Polis onlara bir neçə dəfə xəbərdarlıq etsə də, tərəflər daha da aqressivləşib və çaxnaşma yaşanıb.

Mübahisə edən azərbaycanlılar polisə hücuma keçiblər. Vəziyyətin gərgin olduğunu görən polis travmatik silahını çıxararaq azərbaycanlılara atəş açıb.

Onlardan biri hadisə yerində keçinib, digəri İjevsk şəhər xəstəxanasına çatdırılıb.


Teqlər:  





Xəbər lenti