Poçt qutusundan külli miqdarda psixotrop maddə çıxdı

Poçt qutusundan külli miqdarda psixotrop maddə çıxdı
  09 Oktyabr 2023    Oxunub:938
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Yeni Zellandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda, 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzVision.az -a verilən məlumata görə, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti