HƏMAS İsraildə məşhur sovet alimini qətlə yetirib

   HƏMAS İsraildə məşhur sovet alimini qətlə yetirib
  11 Oktyabr 2023    Oxunub:1201
Görkəmli sovet nəzəriyyəçisi, fizik Sergey Qredeskul qətlə yetirilib.
Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksey Xoxlov Telegram kanalında məlumat yayıb.

İsraildə Azərbaycanəsilli şəxslər həlak olub - Adlar
O qeyd edib ki, Qrtedeskulu terrorçular İsrailin Ofakim şəhərində öldürüblər. Alimlə yanaşı həyat yoldaşı da qətlə yetirilib.

Akademik yazıb ki, onlar öz evlərində öldürülüblər. Hadisə oktyabrın 7-də HƏMAS silahlılarının kəndə hücumu zamanı baş verib.

"Mən onu yaxşı tanıyırdım. O, Xarkovdan Moskvaya köçdükdən sonra İlya Mixayloviçlə işləməyə davam etdi. Tez-tez Fizika Problemləri İnstitutunun nəzəri şöbəsinə gəlirdi. 1991-ci ildən Sergey Andreeviç Beer Şevedəki Ben-Qurion Universitetində professor kimi çalışırdı və bir neçə il əvvəl təqaüdə çıxdı. Onun 81 yaşı var idi...” Xoxlov yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Alim   HƏMAS  





Xəbər lenti