"Rusiya Ermənistan vasitəsilə Qafqazda NATO maraqlarını təşviq etmək cəhdlərini qeydə alır" - Lavrov
Nazirin sözlərinə görə, anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi həlledici dərəcədə süni xarakter daşıyır.
“Son illərdə Ermənistanda yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bəli, əvvəllər də orada çox idi. Bu təşkilatlar Ermənistanla Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb.Tam əksi - onlar anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və Ermənistan vasitəsilə ABŞ, Aİ ölkələri və NATO-nun bu regionda maraqlarının təşviqinə hazırlaşmağa yönəliblər”, - Lavrov qeyd edib.
Eyni zamanda, Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda verdiyi müsahibəsindən danışıb. Hansı ki, o müsahibədə Paşinyan Ermənistanın öz istiqamətlərini dəyişmədiyini bildirmişdi.
"Moskva ümid edir ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək", - rusiyalı nazir vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: