HƏMAS-ın girovları: İsraildən oğurlanan dinc sakinlər kimlərdir?

  HƏMAS-ın girovları:  İsraildən oğurlanan dinc sakinlər kimlərdir?
  12 Oktyabr 2023    Oxunub:4299
İsrail rəsmilərinin məlumatına görə, HƏMAS hərəkatı oktyabrın 7-də hücuma başlayan kimi 150-yə yaxın dinc sakini əsir götürüb. Silahlılar əsirləri Qəzza ərazisində “təhlükəsiz yerlərdə və tunellərdə” gizlətdiyini bəyan ediblər. HƏMAS İsrailin xəbərdarlıq etmədən mülki əhalinin evlərini bombalayacağı təqdirdə girovları öldürməklə hədələyib.
HƏMAS-ın əlinə keçən dinc sakinlərin kimliyi hələlik açıqlanmır. Amma yayılan videolarda kadra düşən və xarici medianın etibarlı mənbələrə istinadən təsdiqlədiyi girovların kimliyi artıq bəllidir. Onların arasında 12 uşaq və ən azı beş 60 yaşdan yuxarı ahıl da var.

Dror Or, onun arvadı Yonat, oğlu Noam və qızı Alma Beeridəki evlərindən sürüklənərkən çıxarılıblar. Orun qardaşı oğlu Emmanuel Besorainin sözlərinə görə onların əsir götürülməsini qonşuları görüblər. Besoria deyib ki, o vaxtdan bəri qohumları ilə heç bir əlaqəsi olmayıb. Noamın 15, Almanın isə 13 yaşı var.

84 yaşlı Ditza Xeymanı da qonşusu Nir Ozda HƏMAS yaraqlıları tərəfindən qaçırılarkən görüb. Bu barədə məlumatı Xeymanın qardaşı qızı yayıb. Keçmiş sosial işçi olan Ditza İkinci Dünya Müharibəsi zamanı nasistlərin nəzarətində olan ərazilərdə uşaqların xilası ilə məşğul olan "Kindertransportla" Britaniyaya gəlmiş Zvi Şdaymanın dul arvadıdır.

ÇAXAL təsdiqlədi: "HƏMAS həqiqətən uşaqların başını kəsib"
Digər bəxti gətirməyənlər isə 36 yaşlı alman əsilli İsrail vətəndaşı Cordan Roman-Qatın ailəsidir. Onlar İsrailin cənubundakı Beeridən girov götürülblər. O, əri Alon və 3 yaşlı Gefen adlı körpəsiylə avtomobildən düşərək qaçıblar.

"Lakin Cordan ailəsindən geri qalıb", - qohumları CNN-ə açıqlamasında deyiblər. Onlar qeyd ediblər ki, "Roman-Qatın yenidən silahlıların əlinə keə biləcəyindən ehtiyat edirlər".

85 yaşlı Yaffa Adar da Qəzza zolağının sərhədi yaxınlığındakı ərazidən qaçırılıb. Adarın nəvəsi Adva onun dörd silahlı şəxsin əhatəsində Qəzzaya aparıldığının videosunu tapıb.

Kaliforniyadan olan 23 yaşlı Herş Qoldberq-Polinin əsirlər arasında olduğu ehtimal edilir. Çünki onun ailəsinin "Los Angeles Times"a verdiyi məlumata görə, qadın yaraqlılar tərəfindən yük maşınına mindirilərkən görüntülənib. Şahidlər qadının ağır yaralı və huşsuz vəziyyətdə olduğunu, telefonunda son məkan yeri kimi isə Qəzza zolağı ilə sərhəddin göstərdiyini bildiriblər.

Bundan baqşa, İsrailin cənubunda yaşayan Şiri, Yarden, Ariel və Kfir Bibas da girov götürülmüş insanlar siyahısındadır. Şiri uşaq bağçasında tərbiyəçi işləyirmiş. Yayılan şəkillərdən birində Şiri HƏMAS yaraqlılarının əhatəsində dayanaraq qucağında üç yaşlı Ariel və doqquz aylıq Kfiri tutması aşkar görünür.

Şirinin valideynləri Yossi və Margit Silberman da itkin düşüblər. Onların silahlılar tərəfindən ələ keçirildiyi güman edilir.

Dr. Şoşan Haran adlı şəxsin təsis etdiyi "Fair Planet" qeyri-kommersiya təşkilatı diqqət çəkən məlumat yayıb. Qeyd edilir ki, Dr. Şoşan Haran, onun əri Avşal Haran, qızı Adi Şoşam, ortağı Tal Şoxam və övladları Navehlə Yahel Baridəki evlərindən qaçırılıblar. "Fair Planet" HƏMAS-ın məlum hücumundan sonra doktor Haranla əlaqənin kəsildiyini, lakin Avşalın telefonunun Qəzzada olmasını bəyan edib. Təşkilatın məlumatında deyilir ki, onlar bütün ailənin girov götürüldüyünə inanırlar. Avşalın 65, Navanın səkkiz, Yahelin isə üç yaşı var.

Karmella və Noya Dan, Ofer, Erez və Sahar Kalderonla birlikdə yaşadıqları Qəzza zolağı yaxınlığındakı Nir Oz adlı ərazidə girov götürülüblər. Sosial mediada yaraqlıların 12 yaşlı Erezin Qəzzaya aparılmasını əks etdirən video yayılıb. Onların qohumu İdo Dan BBC-yə bildirib ki, o, 80 yaşlı Karmellanın səhhətindən narahatdır. Çünki qadın dərmanları olmadan həyatda qala bilməz.

ABŞ-ın İllinoys ştatından olan Cudit Tay Raanan və onun qızı Natali də yoxa çıxıb. Onlar Nahal Ozda qohumlarını ziyarət edərkən hücuma məruz qalıblar.

Təhlükəsizlik məsələlərindən qorxaraq valideynlərinin adının çəkilməsini istəməyən Londonda yaşayan Şaron Lifşitz adlı rəssam ata və anasının Qəzzadan təxminən 400 metr aralıda yerləşən Nir Ozda girov götürüldüyünü deyib . Lifşitz atasının ərəbcə danışdığını və təqaüdünü hər zaman tibbi yardıma ehtiyacı olan fələstinlilərin xəstəxanasına verdiyini söyləyib.

74 yaşlı Ada Saqinin də Nir Ozdakı evindən qaçırıldığı güman edilir. Onun oğlu Noam deyib ki, İsrail əsgərləri evdə qan ləkələri aşkar ediblər. Lakin Saqiyə aid heç bir iz qalmayıb və Noamın anasının meyiti və ya yaralananlar arasında olması faktı da aşkarlanmayıb.

Bundan başqa Doron, Raz və Aviv Aşer də axtarılır. Onlar Qəzza zolağına yaxın ərazidə yaşayan qohumlarının yanında olarkən ələ keçiblər. Qadının 5 və 3 yaşlı qızları ilə birgə digər girovlarla yük maşınına mindirilməsini əks etdirən video yayılıb.

HƏMAS-ın əlində saxladığı girovlar arasında turist də var. Almaniyadan olan Şani Luk Qəzza zolağının yaxınlığında keçirilən festivala qatılıbmış. HƏMAS yaraqlıları qəflətən əraziyə girərək atəş açıblar və dəhşətə gələn festival iştirakçıları səhraya qaçıblar. Lukun anası Rikarda Şani oğlunun ələ keçməsini əks etdirən videoya baxdığını deyib. O həmçinin qeyd edib ki, Şaninin kəllə-beyin travmasından sonra Qəzzada ağır vəziyyətdə olması barədə məlumatlar alıb.

Çin əsilli İsrail vətəndaşı Noa Arqamani də festivaldan qaçırılıb. Atası Yaakov Arqamani İsrailin Kanal 12-yə verdiyi açıqlamada deyib ki, videogörüntülərin birində onun 25 yaşlı övladı da düşüb. Gəncin silahlı şəxslər tərəfindən motosikletin arxasına mindirilərkən "Məni öldürməyin!" deyərək qışqırırmış.

Amerika əsilli İsrail vətəndaşı Saqi Dekel-Çen HƏMAS-ın Nir Oza hücumundan sonra itkin düşüb. Bu barədə onun atası Conatan BBC-yə məlumat verib. Conatan İsrail aidiyyəti qurumlarından məlumat almadığını, lakin ABŞ Dövlət Departamentinin onunla əlaqə saxladığını və hazırki vəziyyətdən xəbərdar olduğunu bildirib.

İki ilə yaxındır ki, avokado tarlasında işləyən Tailand vətəndaşı Anuça Anqkaev də HƏMAS-ın yaydığı videoda görünüb. Onun həyat yoldaşı Vanida Maarsa BBC Thai-yə məlumatı təsdiqləyib.

Bundan başqa, Tayland televiziyasının məlumatına görə, Buntxom Pxankhonq və Nattavari Yo Qəzza yaxınlığındakı göbələk qablaşdırma fabrikində işləyərkən girov götürülüblər. HƏMAS silahlıları içəri girərək atəş açmağa başlayıblar. Hamı gizləndiyi halda 35 yaşlı Yo qışqırıb və onun 45 yaşlı əri ilə birlikdə silahlılar tərəfindən naməlum istiqamətə aparılıb.

Tayland televiziyası Ovat Suriyasri adlı şəxsin də silahlıların qarşısında əlləri bağlı vəziyyətdə videoya çəkilməsi barədə məlumat yayıb. Videonu onun həmkarı ailəsinə göndərib. Onun Taylandda qalan həyat yoldaşı ilə bir övladı var.

Həmçinin dörd il əvvəl işləmək üçün İsrailə gedən Mani Jiraçatla bərabər beş işçi də yaraqlıları tərəfindən əsir götürülüb. Bu barədə onun atası Tayland televiziyasına verdiyi müsahibəsində məlumat verib.

Nattaporn Onkaev, Komkrit Çombua, Parinya Thamklanq, Pattanayut Tonsokri, Kiattisak Top Pati Tailandın Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış girovlar siyahısında yer alıb. Tayland ümumilikdə 14 vətəndaşının əsir götürüldüyünü bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   Girov  





Xəbər lenti