ÇAXAL təsdiqlədi: "HƏMAS həqiqətən uşaqların başını kəsib"

  ÇAXAL təsdiqlədi:    "HƏMAS həqiqətən uşaqların başını kəsib"
  12 Oktyabr 2023    Oxunub:3631
İsrail rejimi radikal HƏMAS hərəkatının yaraqlılarının ölkə ərazisinə sızması zamanı uşaqları öldürməsi və başlarını kəsməsi ilə bağlı xəbərləri təsdiqləyə bilər.
AzVision.az xəbər verir ki, bu barədə BBC İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) sözçüsü Conatan Konrikusa istinadən məlumat yayıb.

HƏMAS İsraildə məşhur sovet alimini qətlə yetirib
"Bu məlumatları təsdiqləmək həqiqətən bir qədər vaxt apardı və hətta HƏMAS-ın belə bir vəhşilik edə biləcəyinə inanmaq çətin idi.Düşünürəm ki, biz indi əminliklə deyə bilərik ki, bütün bunları məhz HƏMAS edib... Hər yerdə səpələnmiş və doğranmış cəsədlər var idi", - İsrail Müdafiə Nazirliyinin sözçüsü qeyd edib.

Xatırladaq ki, bir neçə gündür ki, İsraildə uşaqların başlarının kəsilməsi ilə bağlı təsdiqlənməyən məlumatlar yayılırdı.

İsrailli hərbçilər xarici jurnalistlərə HƏMAS-ın Kfar-Azaya hücumunun nəticələrini göstərmişdi. Xilasedicilər evlərdə xeyli sayda cəsədin tapıldığını, əksər ailələrdən heç kimin sağ qalmadığını bildirirdilər. Hərbçilərin hesablamalara görə, sözügedən ərazidə azı 40 uşaq həlak olub. Onlar jurnalistlərə uşaqların bəzilərinin başlarının kəsildiyini də demişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti