Ağcabədidə sanitar qaydalara əməl etməyən ət satışı məntəqələrində yoxlama keçirilib
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az -a bildirilib ki, baxış zamanı məntəqələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsulları üzrə gigiyena qaydalarına əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.
Faktlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
AzVision.az
Teqlər: