İcra başçısı 100 min təzminat istəyir

İcra başçısı 100 min təzminat istəyir
  15 Aprel 2013    Oxunub:1299
İcra başçısının məhkəməyə üz tutmasına səbəb isə “İcra başçısının 700 minlik borc qalmaqalı: Vilyam Hacıyev “Banditizm”də dindirilib” başlıqlı yazı olub.
Müstəqil İnformasiya Agentliyi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilib.

AzVision.az-ın məlumatına görə, icra başçısının məhkəməyə üz tutmasına səbəb isə “İcra başçısının 700 minlik borc qalmaqalı: Vilyam Hacıyev “Banditizm”də dindirilib” başlıqlı yazı (https://azvision.az/redirect.php?url=http://www.mia.az/news/25731.html) olub. Bu barədə agentliyə Səbail Rayon Məhkəməsi tərəfindən bildiriş daxil olub. Bildirişə görə, icra başçısının iddia ərizəsi əsasında aprel ayının 24-də Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Vilyam Hacıyev agentlikdən rəsmi təkzib və 100 min manat təzminat tələb edir.

Agentliyin yaydığı açıqlamada bildirilir ki, məhkəmə mübahisəsinə səbəb olan yazı iş adamlarının şikayəti əsasında hazırlanıb və həmin vaxt icra başçısı məsələyə münasibət bildirməkdən yayınıb. Agentlik icra başçısının məhkəməyə müraciət etməsini çıxış yolu kimi dəyərləndirməyib:

“Hesab edirik ki, icra başçısı ondan münasibət öyrənilən vaxtı şikayətə geniş münasibətini açıqlaya bilərdi. Necə ki, iddia ərizəsində iş adamlarının şikayətinə münasibət bildirib. Üstəlik, o, barəsində edilən başqa bir şikayətlə əlaqədar əvvəllər mia.az-ın sorğusuna geniş cavab verib və qarşı tərəfin ittihamlarına aydınlıq gətirib. Onun münasibəti də olduğu kimi yayılıb. Hesab edirik ki, başçı yenə də belə edə bilərdi. Amma o, budəfəki şikayətlə bağlı mia.az-ın əməkdaşının sorğusuna cavab verməkdən yayınıb və telefonu qapadıb”.

AzVision.az



Teqlər:  





Xəbər lenti