Kəmaləddin Heydərov sakinlərlə görüşəcək

Kəmaləddin Heydərov sakinlərlə görüşəcək
  15 Aprel 2013    Oxunub:1226
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Sumqayıt şəhərində vətəndaşların qəbulu ilə bağlı Fövqəladə Hallar Nazirliyi bildirir ki, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə qeydiyyat 15 aprel 2013-cü il tarixindən başlanacaq (ünvan: Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin inzibati binası, Sumqayıt şəhəri, Sülh küçəsi, 9).

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti