Messi anasına görə Argentina millisindən ayrılıb

Messi anasına görə Argentina millisindən ayrılıb
  16 Oktyabr 2023    Oxunub:1240
Argentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.
Bu barədə “La Gaceta” məlumat yayıb. Oktyabrın 15-də Messi milli komandanın məşqində iştirak edib, sonra ailəsi ilə birlikdə Analar Gününü qeyd etmək üçün şəxsi təyyarəsi ilə doğulduğu Rosario şəhərinə gedib. Argentinada bu bayram oktyabrın 15-də qeyd olunur.

Messi bir neçə gündən sonra milliyə qayıdacaq, o, Peru millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Oyun oktyabrın 18-də baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti