Daşnak deputat sərsəmlədi: "Artsax"ın səhifəsi bağlanmayıb"
Daşnakları təmsil edən siyasətçi Azərbaycanın işğaldan azad etdiyi torpaqları həyasızcasına "ermənilərin vətəninin ayrılmaz hissəsi" adlandırıb.
Saqatelyan "Artsaxın səhifəsi bağlanmayıb" deyərək sərsəm fikirlərini davam etdirib: "Qarabağın itirilməsi ilə barışmaq, bizim nəslin ayrılmaz hüquqlarından imtina etmək, düşmənin planlarının həyata keçirilməsində iştirakçı və Nikol Paşinyanın da şəriki olmaq deməkdir".
O qəti şəkildə tələb edib ki, keçmiş qondarma rejimin "dövlət qurumları" , "parlamenti" saxlanmalı və işlək vəziyyətdə qorunmalıdır.
Tural Tağıyev
AzVision.az