İtkin düşən futbolçunun meyiti tapıldı

 İtkin düşən futbolçunun meyiti tapıldı
  16 Oktyabr 2023    Oxunub:1423
"Kordoba" futbol klubunun itkin düşən 18 yaşlı futbolçusu Alvaro Prietonun cəsədi tapılıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Prietonun cəsədinin Sevilyadakı Santa Justa stansiyasında körpünün altında dayanmış 2 vaqon arasında tapıldığı bildirilir. Gənc futbolçunu reportyor Alberto Katalan səhər xəbərlərini yazarkən aşkar edib.

“Kordobada gənc futbolçumuz Alvaro Prietonun ölü tapılmasına təəssüflənirik. Ailənin istəyinə uyğun olaraq klub yalnız rəsmi açıqlama ilə kifayətlənəcək. Klub adından hər kəsə bu çətin zamanda anlayışla yanaşdıqlarına və hörmətlə yanaşı sevgiyə görə təşəkkür edirik. Rahat yat, Alvaro” - deyə "Kordoba" sosial şəbəkə hesablarındakı paylaşımında bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Prietonun sonuncu dəfə Sevilyadakı Santa Justa stansiyasında göründüyü barədə məlumat yayılmışdı. Bundan sonra futbolçu ilə əlaqə kəsilib. Prietonu ən son görənlərin dəmiryol vağzalı işçiləri olduğu vurğulanır ki, onlar bir neçə yeraltı tuneldən keçərək relsə çıxmaq istəyərkən futbolçudan stansiyanı tərk etməsini istəyiblər.

AzVision.az


Teqlər: İtkin  





Xəbər lenti