Azərbaycan millisi Avstriyaya uduzub - YENİLƏNİB
![Azərbaycan millisi Avstriyaya uduzub - YENİLƏNİB Azərbaycan millisi Avstriyaya uduzub - YENİLƏNİB](https://azvision.az/photos/2023/10/6e783c6f-ed0a-3d38-af96-91213537273b_850-1697472192.jpg)
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.
***
Azərbaycan və Avstriya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Görüşü yunanıstanlı Aristotelis Diamantopulosun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadası idarə edirlər.
F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.
Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.
AzVision.az
Teqlər: