Liderlər Bakıda bir araya gəlir

Liderlər Bakıda bir araya gəlir
  15 Aprel 2013    Oxunub:1321
Dünya Azərbaycanlı Gənclər Birliyi Gələcəyin Liderlərini toplayacaq
Dünya Azərbaycanlı Gənclər Birliyi Gələcəyin Liderləri mövzusunda panel iclas keçirəcək.

Birliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sözü gedən iclas Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumu çərcivəsində reallaşacaq.

Panel iclasda ABŞ Prezidenti Corc Buşun nəvəsi Corc P. Buş, Robert F. Kennedinin oğlu Con Kennedi II, BMT Baş Katibinin xüsusi müşaviri xanım Nafis Sadik, Böyük Britaniya Krallığı Kraliyyət Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcək.

Panel iclasın moderatorluğu Dünya Bankının sabiq 1-ci vitse prezidenti cənab İsmayıl Seragəldin tərəfindən reallaşdırılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 40-dan çox sabiq ölkə və hökumət başçılarını bir araya toplayacaq.

Mirvari



Teqlər:





Xəbər lenti