Yağış yağmayacaq

Yağış yağmayacaq
  15 Aprel 2013    Oxunub:1213
Sabah havanın temperaturu gündüz 13-18, gecə 6-9 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 13-18, gecə 6-9 dərəcə isti olacaq.

Aprelin 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qrəb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 12-17, gecə 6-9 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda hava əsasən, yağmursuz olacaq. Lakin aprelin 16-da gecə və axşam bəzi qərb rayonlarında, aprelin 17-də isə əksər rayonlarda yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək caxacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, aprelin 16-da 24 dərəcəyə kimi isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 7-12, aprelin 16-da 15 dərəcəyə kimi isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti