"Qvadelupada müstəqillik tərəfdaşı olanlar Fransa tərəfindən öldürülür"

   "Qvadelupada müstəqillik tərəfdaşı olanlar Fransa tərəfindən öldürülür"
  20 Oktyabr 2023    Oxunub:1184
“Qvadelupa əhalisi 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşayır. Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir”.
Bu sözləri Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep Bakıda keçirilən konfransda deyib. O qeyd edib ki, Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır.

“Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər.

Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Qəraib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Qəraibdə sülh yenidən bərqərar olmalıdır”,- deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti