Komitə qarşısında aksiya olmayıb - AÇIQLAMA

Komitə qarşısında aksiya olmayıb - AÇIQLAMA
  15 Aprel 2013    Oxunub:1102
“Bu gün komitənin qarşısında heç bir aksiya keçirilməyib”
“Bu gün komitənin qarşısında heç bir aksiya keçirilməyib”. Bunu AzVision.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Komitə rəsmisi bildirib ki, bu gün vətəndaşların qəbul günüdür.

“Bu gün vətəndaşların qəbul günüdür və ona görə gəliblər”-deyə E.Qədimov vurğulayıb.

Qeyd edək ki, bu gün bir sıra mətbuat orqanlarında Bakıda bir qrup məcburi köçkünün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirdiyini yazıblar. Nəticədə əraziyə çoxlu sayda polis qüvvəsinin cəlb olunduğu və yolu bağlamaq istəyən sakinlərə polisin müdaxilə etdiyi qeyd olunub.

Anar



Teqlər:  





Xəbər lenti