"Fransa bizim əlimizdə olan hər şeyi alaraq öz mənfəəti üçün istifadə edir"

   "Fransa bizim əlimizdə olan hər şeyi alaraq öz mənfəəti üçün istifadə edir"
  20 Oktyabr 2023    Oxunub:1422
Fransa müstəmləkəçiliyi bizim əlimizdə olan hər şeyi alaraq, öz mənfəəti üçün istifadə edir. Quldarlıq sistemindən sonra afrikalılardan əşya kimi istifadə olunmağa başladı. Bu, belə olmamalıdır. Fransa müstəmləkəçiliyi ən ağır, qan içən müstəmləkəçilikdir. Bizim ruhumuzu, adət-ənənələrimizi əlimizdən alıblar. Bizi boş qutu kimi öz maraqlarına uyğun istifadə edirlər.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda Müstəqil Martinika naminə ekoloqlar və demokratlar Hərəkatının sədrinin müavini Claudette Duhamel deyib.

Fransız müstəmləkəçiliyinin Martinikada hər zaman olduğunu diqqətə çatdıran C.Duhamel əlavə edib: “Onlar çalışır ki, bizim gələcəyimizi əlimizdən alsınlar. Əcdadlarımızın yaratdığı mədəni irsimizi bizdən aldılar. Sadəcə bizim mədəniyyətimizi deyil, insan kimi keyfiyyətimizə də zərər yetirdilər. Hətta kənd təsərrüfatımıza belə son qoydular. Ekosistemlərimizə zərbə vurdular. Bir sözlə bizim həyatımıza, yaşayışımıza zərər yetirirlər. Bu dəhşətdir. Əhalinin 90 faizini zəhərlədilər. Xərçəng xəstəliyinin artmasına səbəb oldular. Həkimlər belə bu barədə danışa bilmirdilər, Fransa imkan vermirdi. Fransanı qətiyyən bu vəziyyət maraqlandırmır. Onları tək maraqlandıran çoxlu gəlirlər əldə etməkdir. Onlara görə qaradərililərin əşyadan fərqi yoxdur, söz haqqımız yoxdur”.

Torpaqlarının çox zəngin olduğunu söyləyən C.Duhamel deyib: “Amma Fransa bunu məhv etdi. Bizim gəncliyimiz nə edəcəyini bilmir, onlar üçün perspektivlik yoxdur. Özlərini kapitansız bir gəmi kimi hiss edirlər. Bizim əhalimizi öldürürlər, ya da sürgünə göndərirlər. Bunu edənlər keçmiş quldarlardır. Bunun qarşısını almalıyıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti