"Əsas məqsədimiz ölkədə su təminatını yaxşılaşdırmaqdır" - Nazir

 "Əsas məqsədimiz ölkədə su təminatını yaxşılaşdırmaqdır" -  Nazir
  20 Oktyabr 2023    Oxunub:950
"İlk növbədə qəbul etməliyik ki, dünyada baş verən qlobal istiləşmə prosesindən qaça bilmirik. Bu gün ölkədə bu istiqamətdə atdığımız addımlar ölkədə su təminatının yaxşılaşdırılması ilə bağlıdır".
Bunu AzVision.az -a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O qeyd edib ki, Azərbaycanda müxtəlif bölgələrdə su komissiyası çərçivəsində su hövzələri yaradılır.

"Eləcə, suyun idarəetməsini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə yaxşılaşdırmağa çalışırıq. Əsas məsələ suya daha qənaətli istifadəyə nail olmaqdır. Burada həm su nəqliyatı, həm də sahədə qapalı şəbəkəyə keçirilməsi ilə suya daha çox qənaət edə bilərik. Eyni zamanda idarə edilən suvarma sistemlərini daha çox tətbiq edə bilsək, dünyada qlobal quraqlıq proseslərin nisbətən təsirini azalda bilərik. Elmi-Tədqiqat İnstitutlarının üzərinə böyük yük düşür ki, bu da quraqlığa daha davamlı, çeşidli bitkilərin, o cümlədən taxıl bitkilərin araşdırılması və yetişdirilməsidir".




Teqlər:





Xəbər lenti