Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək

   Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək
  23 Oktyabr 2023    Oxunub:1268
Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşüb.
Bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Həmin silahlarla Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Daha sonra Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti