"Sən nə qədər həyasız adamsan, Vaqif?" - Zərərçəkmiş+ Video

      "Sən nə qədər həyasız adamsan, Vaqif?"    - Zərərçəkmiş+ Video
  24 Oktyabr 2023    Oxunub:1939
"Meşəli qətliamı törədiləndə 14 yaşım var idi".
AzVision.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Teymur Salmanov deyib.

Xaçatryan: "Meşəli hadisələrinə görə Azərbaycan xalqından üzr istəyirəm" - YENİLƏNİB
O bildirib ki, Meşəli hadisəsindən sonra ömürlük şikəst qalıb: "Səhər tezdən kəndi atəşə tutdular. Vaqif mənə işgəncə verdi, ayağımdan güllələdi. Hələ də şikəst qalmışam".

Zərərçəkmiş prosesdə Vaqif Xaçatryanı yalan danışmaqda ittiham edib: "Sən nə qədər həyasız adamsan Vaqif? Mənim günahım nə idi ki, 14 yaşından şikəst qalmışam? İndi gəlib camaatın üzünə durmusan. Məni sən şikəst etmisən, bu günə qədər də şikəstəm. Möhtərəm hakim, mənim qisasımı alın bundan, ona ən ağır cəza verin".


Şəhanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti