"Real"ın vitse-prezidenti vəfat etdi

   "Real"ın vitse-prezidenti vəfat etdi
  25 Oktyabr 2023    Oxunub:1171
"Real"ın vitse-prezidenti Fernando Fernandes Tapias 84 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fernando Fernandes Tapias 1993-cü ildən "Real"da müxtəlif vəzifələrdə çalışıb. 2000-ci il iyulun 17-dən 2006-cı il iyulun 2-dək ispaniyalı sahibkar və funksioner "Real"in direktorlar şurasının sədri, 2009-cu ilin iyunun 1-dən isə klubun tarixində ilk vitse-prezident olub.

Fernando Fernandez Tapiasın "Real"a həsr etdiyi müddət ərzində klub Çempionlar Liqası da daxil olmaqla 58 titul qazanıb. Madrid təmsilçisinin hazırkı prezidenti 2009-cu ildən bu vəzifəni icra edən Florentino Peresdir.

AzVision.az


Teqlər:





Xəbər lenti