Vitali Balasanyana qarşı cinayət işi açıldı

   Vitali Balasanyana qarşı cinayət işi açıldı
  25 Oktyabr 2023    Oxunub:1167
Ermənistan İstintaq Komitəsi qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlamağa görə cinayət işinin başlandığını elan edib.
Komitənin mətbuat katibi Qor Abramyan “Armenia Today”ə bildirib ki, Balasanyan “Makarov” tapançasını təhvil verib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi ilə iş açılıb. Bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç ildir. Abramyan qeyd edib ki, hazırda Balasanyanın bu silah növünə sahib olmasının qanuniliyi aydınlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti