Orban Avropa Komissiyasını tənqid etdi: “Bürokrat hər yerdə bürokratdır”

      Orban Avropa Komissiyasını tənqid etdi:    “Bürokrat hər yerdə bürokratdır”
  27 Oktyabr 2023    Oxunub:1138
“Avropa Komissiyası əvvəlcə Avropa büdcəsində nəzərdə tutulan artımın real ölçüsünü dəqiqləşdirmədən Avropa İttifaqına üzv dövlətləri çaşdırıb. Məlum olub ki, büdcə 60 yox, 100 milyard avrodur”.
Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib. Orban qeyd edib ki, Avropa Komissiyasının planlarına əsasən, Avropa İttifaqının artan büdcəsindən əldə olunan pulun Ukraynaya yardım və qeyri-qanuni miqrantların Avropa ölkələri arasında yayılmasına yönəldilməsi planlaşdırılır. Bundan əlavə, Macarıstanın baş naziri qeyd edib ki, bu pulun bir hissəsi avropalı məmurların maaşlarının artırılmasına yönəldiləcək, çünki “bürokrat hər yerdə bürokratdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti