Sumqayıtda 2 nəfəri öldürən şəxs tutuldu
![Sumqayıtda 2 nəfəri öldürən şəxs tutuldu Sumqayıtda 2 nəfəri öldürən şəxs tutuldu](https://azvision.az/photos/2023/10/hebs--1621839295-1643882201-1678435210-(1)-1681909642-1697817567.jpg)
Faktı AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
AzVision.az
Teqlər: