İsrail səfiri Almaniyanın kanslerini tənqid edib

   İsrail səfiri Almaniyanın kanslerini tənqid edib
  31 Oktyabr 2023    Oxunub:963
İsrailin Almaniyadakı səfiri Ron Prosor Qəzza zolağı ilə bağlı BMT-də keçirilən səsvermədə Berlinin mövqeyinə görə kansler Olaf Şoltsu tənqid edib.
Bu barədə Rheinische Post qəzeti yazıb. “Cümə günü BMT-nin səsverməsində bitərəf qalmaq mənəvi cəhətdən yanlışdır və tarix bunu mühakimə edəcək. Dövlətçilik xüsusilə çətin anlarda İsrailə fəal dəstək deməkdir”, - Prosor bildirib. O, vurğulayıb ki, əsl dostluq nə qədər vacib olsa da, sözdə deyil, əməldə təzahür edir.

Bundan əvvəl BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran Yaxın Şərq qətnaməsini qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti