Minifutbol millimiz dünya çemponatında yarımfinala yüksəlib
![Minifutbol millimiz dünya çemponatında yarımfinala yüksəlib Minifutbol millimiz dünya çemponatında yarımfinala yüksəlib](https://azvision.az/photos/2023/11/6543eaf84e1916543eaf84e19216989498806543eaf84e18f6543eaf84e190-1698952391.jpg)
Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.
Qeyd edək ki, millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.
AzVision.az
Teqlər: