III Beynəlxalq Folklor Festivalı davam edir

III Beynəlxalq Folklor Festivalı davam edir
  15 İyun 2014    Oxunub:1096
Masallıda keçirilən III Beynəlxalq Folklor Festivalı çərçivəsində bu gün rayonun Heydər Əliyev Mərkəzində professor Fərahim Sadıqovun 2 cildlik “Masallı Folkloru” kitabının təqdimatı keçirilib.
AzVision.az Publika.Az-a istinadən xəbər verir ki, kitabda rayonun mövcud olduğu gündən indiyə qədər yaddaşlarda qalan folklor nümunələri toplanıb. Kitabda Masallı folkloru ilə bağlı verilən nümunələr etnopedaqoji materiallar kimi də təhlil edilib.

Əsasən elmi, pedaqoji və publisistik üslubda yazılan bu kitab masallılarla yanaşı, uşaqlar, məktəblilər, tələbələr, habelə magistrlər, doktorantlar, bu sahədə çalışan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Masallı folkloru” kitabı Masallı rayon İcra Hakimiyyə rəhbərliyinin dəstəyi, Azərbaycan Universitetinin Elmi Şurasının qərarı və Bakı Təhsil Mərkəzinin Rəyasət Heyətinin tövsiyəsi ilə çap olunub.

Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafiq Hüseynov “Masallı folkloru” kitabının ərsəyə gəlməsini ciddi hadisə kimi qiymətləndirib. Kitabın Masallıda aparılan tikinti-quruculuq işlərindən yüksəkdə dayandığını deyən R.Hüseynov qeyd edib ki, “Masallı folkloru” rayonun tarixini əks etdirməklə yanaşı, itib-batan adət-ənənlərini bir yerə toplanması baxımından da çox önəmlidir: “Son iki il ərzində Masallının folkloru barədə 4 kitab hazırlanıb və bu, bizim üçün çox böyük hadisədir. İndi bizim əlimizdə Masallıya gələcək qonaqlara təqdim edə biləcəyimiz yaxşı bir vəsait var”.

Tədbirdə kitabın müəllifi Fərahim Sadıqov və elmi redaktoru Füzuli Bayat da çıxış edərək Masallınn zəngin folklor nümunələrindən söz açıb sözügedən kitabın ərsəyə gəlməsində yardımçı olmuş rayon rəhbərliyinə təşəkkür ediblər.

Millət vəkili Elmira Axundova da çıxışında bu kimi yaradıcılıq işlərinin davam etdirilməsinin vacibliyindən danışıb.

Daha sonra kitab ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçıları belə bir zəngin informasiyalara malik kitabın ərsəyə gətirilməsini yüksək qiymətləndiriblər. Millət vəkili Elmira Axudova da çıxışında bu kimi yaradıcılıq işlərinin davam etdirilməsinin vacibliyindən danışıb.


Teqlər:





Xəbər lenti