Bakıda mürəkkəb əməliyyat: bina sürüşdürüləcək

Bakıda mürəkkəb əməliyyat: bina sürüşdürüləcək
  15 Aprel 2013    Oxunub:1417
Füzuli küçəsində yerləşən binanı xüsusi qurğular vasitəsi ilə 10 metr sürüşdürəcəklər. Bu barədə “Bresser Eurasia BV” kompaniyasının təsisçisi Leon Sveqers məlumat verib. Onun sözlərinə görə bu həftə Bakıda baş verəcək bu əməliyyat keçmiş Sovet Respublikaları arasında ilk olacaq.
Sveqersin sözlərinə görə, bu, çox çətin əməliyyat hesab olunur. Belə ki, binanın divarlarının çəkisi 18 min tondur. Bu, indiyə qədər sürüşdürülən binaların arasında ən ağırı hesab olunur.

Bakı Şəhəri İcra Hakimiyyətinin binanı sürüşdürməkdə məqsədi yolları genişləndirmək və Bakının ən qədim arxitekturalı binalarından hesab olunan tikilini qoruyub saxlamaqdır.

1news.az .-ın məlumatına görə, Sveqars deyib ki, bina 10.6 metr sürüşdürüləcək. O, həmçinin bildirib ki, yaxın vaxtlarda Bakıya Belçikanın Lomel və Hollandiyanın Berqey şəhərlərinin merləri də gələcək. Onların Bakıya gəlməyinin əsas məqsədi isə rəhbərlik etdikləri şəhərlə Bakı arasında geniş əlaqəlar qurmaqdır.

Kompaniyanın digər təsisçilərindən olan Herman Bersserin sözlərinə görə, onlar Bakıda bu prosesi həyata keçirməklə yanaşı, gələcəkdə bu işləri görə biləcək yerli mütəxəsislərin yetişdirilməsində də maraqlıdırlar.

Bresserin sözlərinə görə, prosesin ən çətin mərhələsi binanı sürüşməyə hazır vəziyyətə gətirməkdir. O, binanı hansı yolla sürüşdürüləcəyini dəqiq deməsə də, bu prosesin xüsusi hidravlik aparatla həyata keçiriləcəyini bildirib: “Hesab edirəm, bina 18 apreldə sürüşdürülməyə tam hazır olacaq”.

Kompaniya təsisçisinin sözlərinə görə, onların indiyə qədər sürüşdürdükləri ən böyük məsafə 12 km.-dir və bu, kompaniyanın rekordudur.


Teqlər:  





Xəbər lenti