Neymarın qızını və sevgilisini qaçırmaq istədiər
Nəşrin məlumatına görə, insident Braziliyanın Kotia şəhərində (San-Paulu ştatı) baş verib. Təxminən gecə saat üç radələrində hücumçular Bruna Biankardinin (Niemarın sevgilisi) evinə daxil olub, onların ağzını bağlayıb və silahla hədələyiblər.
R7 yazır ki, hadisədən şübhələnən qonşular polisə müraciət ediblər. Oğurluq edənlərdən birinin 19 yaşlı həmin rayon sakini olduğu üzə çıxıb.
Qalanları zinət əşyaları, bahalı saatlar, ümumi dəyəri 120 min dollar olan dizayner çantalarını da götürərək qaçıblar.
Neymar və Biankardi sosial şəbəkələrdə onlar və qızları ilə hər şeyin qaydasında olduğunu bildiriblər.
Oktyabrın 7-də Neymar və Biankardinin Mavia adlı qızı dünyaya gəlib. Futbolçunun keçmiş sevgilisi Karolina Dantasdan Davi Luka adlı oğlu da var.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: