“Qarabağ” bu dəfə fərqli oyun ortaya qoyacaq" - Xabi Alonso

“Qarabağ” bu dəfə fərqli oyun ortaya qoyacaq"    - Xabi Alonso
  08 Noyabr 2023    Oxunub:1324
"Bizi çətin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
AzVision.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın yaxşı komanda olduğunu deyən ispaniyalı mütəxəssis Ağdam təmsilçisinin Misli Premyer Liqasının son turunda "Kəpəz"i 7:1 hesabı ilə məğlub etdiyi oyunu izlədiyini bildirib: "Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Bununla belə, əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.

Almaniya klubunun çalışdırıcısı uzun səfərin onlar üçün problem olmayacağını da bildirib: "Bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz vaxtlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz qələbə qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti