Lavrova zəng çatmır

Lavrova zəng çatmır
  14 Fevral 2013    Oxunub:2728
ABŞ-ın dövlət katibi Con Kerri artıq bir neçə gündür Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə əlaqə saxlayaraq Şimali Koreyanın nüvə sınağı ilə bağlı məsələlər haqda danışa bilmir.
Dövlət departamentinin nümayəndəsi Viktoriya Nulandın verdiyi məlumata görə, Şimali Koreyanın nüvə sınağı keçirtdiyi gün dövlət katibi Con Kerri təcili olaraq Cənubi Koreya, Yaponiya , Çin və Rusiya xarici işlər nazirləri ilə əlaqə saxlayıb. Lakin yalnız ilk 3 nazirlə telefon danışığı baş tutub. Nulandın sözlərinə görə, Lavrov yolda imiş və onlar rusyialı nazirin daha sonra Kerri ilə əlaqə saxlayacağını düşünülüblər.
Növbəti gün, dövlət katibi Xarici İşlər Naziri üçün rahat bir zamanda söhbət etməyi təklif edib. Lakin nə rus mənbələrində, nə də amerika mətbuatında sonradan onların zəngləşməsi haqda heç bir məlumat verilməyib. Görünür danışıq baş tutmayıb. Məlum olub ki, 12 fevral tarixində Lavrov Cənubi Afrika və Mozanbikdə, 13 fevralda isə Qvineya Respublikasında olub.


Teqlər:  





Xəbər lenti