Tehran Talibanla iqtisadi əməkdaşlıq barədə anlaşma imzalayıb

Tehran Talibanla iqtisadi əməkdaşlıq barədə anlaşma imzalayıb
  11 Noyabr 2023    Oxunub:1373
Talibanın iqtisadiyyat üzrə nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində İranla Əfqanıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb.
AzVision.az “İranİnternational” nəşrinə istinadən xəbər verir ki, münasibətlərdə, o cümlədən Hirmənd çayının təhlükəsizliyinin təminatı sahəsində gərginliyin davam etməsinə baxmayaraq , İranın energetika naziri Əli Əkbər Mehrabian bu məsələnin tərəf arasında “parçalanma”ya səbəb olmaması zərurətini vurğulayıb.

Taliban rəsmilərinin Tehrana səfəri zamanı tərəflər arasında iqtisadi əməkdaşlıq, beynəlxalq avtomobil daşımaları, aviasiya və metallurgiya sahələrində, habelə azad zonalar arasında əməkdaşlıq barədə 5 sənəd imzalanıb.

İran hökumətinin təmsilçiləri bu razılaşmaların icrası prosesinə “yaxın iki həftə ərzində” başlanacağını bildiriblər. Onlarının iddiasına görə, tezliklə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, yüklərin tranziti, gecə-gündüz əməliyyatları və sərhədlərin aktivləşməsi, ikinci Süd Körpüsünün tikintisinin daha sürətli templərlə davam etməsinin şahidi olacağıq.

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 1,6 milyard dollar təşkil etdiyi halda, Əfqanıstanın ticarət naziri Nuriddin Əzizi yaxın 3-5 il ərzində bu rəqəmin 10 milyard dollara çatdırılması əzmindədir.
AzVision.az



Teqlər: İran   Taliban  





Xəbər lenti