Gənc bəstəkardan maraqlı əsər – AUDİO

Gənc bəstəkardan maraqlı əsər – AUDİO
  15 Aprel 2013    Oxunub:1933
Bəstəkar Tural Bakuvinin yeni “Şərq” kompoziyası işıq üzü görüb. Bununla bağlı Azvision.az-a açıqlama verən bəstəkar instrumental əsərin ideya müəllifinin həyat yoldaşı olduğunu deyir:
- “Şərq” kompozisiyası mənim üçüncü instrumental əsərimdir. Bundan öncə “Payız” və “Bahar” kompozisiyalarım işıq üzü görmüşdülər. Əslində əsərin ideya müəllifi həyat yoldaşımdır. O, “Şərq” elementlərini ifadə edən musiqi hazırlamaq təklifini irəli sürdü. Bu barədə ilkin rəy bildirməsəm də, onun təklifini bəyəndim və bəstənin üzərində çalışmağa başladım.



Üç aya bəstəni ərsəyə gətirdiyini bəstəkar “Şərq” kompozisiyasında hər şeyin canlı ifadan ibarət olduğunu və ifaçılara öz təşəkkürünü bildirdiyini vurğuladı:
- Bəstə mənə aiddir, aranjiman gənc istedadlı ifaçı Rəmal Rəsul həyata keçirib. Eyni zamanda, səs təqdimatı və əsərdəki gitara müşayiəti də Rəmalındır. Kompozisiyanı alt, violançel, skripkada Çingiz Əliyev, trubada Maarif Səlimov, trambonda Turan Tağıyev, udda Şəhriyar İmanov, tarda Yaqub İlyasov ifa ediblər. Həmin ifaçılara öz dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bir işə nə qədər çox zəhmət qoysan, bir o qədər yüksək keyfiyyətə nail ola bilərsən. Və biz bunu edə bildik.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti