Paşinyan KTMT-nin iclasında iştirakdan imtina etdi

   Paşinyan KTMT-nin iclasında  iştirakdan imtina etdi
  14 Noyabr 2023    Oxunub:1672
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
AzVision.azxəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

“Ermənistan KTMT-dən çıxacaq” – Rusiyalı ekspert
Qeyd edilir ki, baş nazir bununla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı qarşı tərəfə məlumat verib.

"Danışıqlar zamanı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Paşinyan iclasda iştirak edə bilməyəcəyini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, KTMT tərəfdaşları bu qərara anlayışla yanaşacaqlar”, – Nazeli Baqdasaryan bildirib.

Qeyd edək ki, rəsmi İrəvan Ermənistan KTMT-dən çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Amma eyni zamanda parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini dolayısı ilə təkrarlayıblar.

Bir müddət öncə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton və Brüsselin İrəvanı KTMT-dən çıxmağa və NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırdığını demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Ermənistan  





Xəbər lenti