Paşinyan şikayətləndi: "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur"

      Paşinyan şikayətləndi:   "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur"
  22 May 2023    Oxunub:1842
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi gündəmdən kənarda qalmayıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransında deyib.
Paşinyan: Delimitasiya 1975-ci il xəritələrinə əsasən planlaşdırılır


Paşinyanın qeyd edib ki, Ermənistan Təşkilatın öhdəliklərini yerinə yetirməsi baxımından ölkəni tərk etdiyini başa düşsə, KTMT-dən de-yure çıxacaq. KTMT üzvü statusu digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər. Onun sözlərinə görə, məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olub.

“Bizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?",- Paşinyan bildirib.

KTMT-dən çıxmaq qərarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirəcəyi ilə bağlı suala cavab verən baş nazir bildirib ki, respublikada son rəy sorğuları ölkədə Rusiya Federasiyasına etimadın səviyyəsinin azaldığını göstərib.

Bundan əvvəl Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın KTMT-nin Qırğızıstandakı hərbi təlimlərində iştirakı məsələsinin müzakirə olunduğunu bildirib.

KTMT-yə altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

"Paşinyan, kişi ol!"

"Ölkəmizi daha acınacaqlı gələcək gözləyir" - Ter-Petrosyan

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Paşinyan  





Xəbər lenti